Məzmuna keç

Muğlada 31 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Muğla şəhərində 31 qanunsuz miqrant tutulub.

E-huquq.az “TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alıb.

Məlumata görə, Muğlanın Datça sahillərində rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə dərhal komandanlığın əməkdaşları cəlb olunub.

Komandalar hərəkətdə olan rezin qayığı dayandırıb və qeyri-qanuni yollarla ölkəni keçməyə çalışan 31 qanunsuz miqrantı yaxalayıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə