Ötən il Fransada istilər səbəbindən 5 mindən çox insan ölüb


  • 9 Fevral 12:08

2023-cü ildə Fransada həddindən artıq istilər səbəbindən 5 mindən çox insan həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İctimai Səhiyyə Təşkilatından tədqiqatçı Guillaume Bolanje 2023-cü ilin yay aylarında ölüm hallarının 3 faizinin həddindən artıq istidən qaynaqlandığını söyləyib.

O, 2023-cü ilin yayında 5 mindən çox insanın həyatını itirdiyini bildirib və qeyd edib ki, bu insanların təxminən 3700-ü 75 və yuxarı yaşda olan insanlardır.

Fransada 2023-cü il son illərdə həddindən artıq istilər səbəbindən ən çox ölüm hallarının qeydə alındığı illərdən biri olub.

Ötən ilin yay aylarında ölkədə 4 həddindən artıq isti dalğası yaşanıb. 2023-cü ilin yayı 1900-cü ildən bəri 4-cü ən isti yay olaraq qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər