Türkiyədə 9 İŞİD terrorçusu həbs edilib


  • 9 Fevral 12:25

Türkiyənin Mersin şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Milli Kəşfiyyat İdarəsi (MİT) və polis birgə istintaq aparıb.

İstintaq zamanı 16 nəfərin daha əvvəl təşkilatın kəşfiyyat bölməsində və silahlı fəaliyyət göstərdiyi müəyyən edilib.

150 polis əməkdaşının iştirakı ilə bir çox ünvanda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı 16 şübhəli saxlanılıb. Saxlanılan şübhəlilərdən 9-u həbs edilib, 7-si isə sərbəst buraxılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər