Mikroavtobusun aşması nəticəsində 7 nəfər yaralanıb


  • 9 Fevral 12:31

Türkiyənin Manisa şəhərində mikroavtobusun aşması nəticəsində 7 nəfər xəsarət alıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Manisanın Turqutlu rayonunda mikroavtobus baryerə çırpılaraq aşıb.

Qəza nəticəsində 4-ü əcnəbi olmaqla 7 nəfər yaralanıb.

Qəza yerinə təcili tibbi yardım, polis və xilasetmə qrupları sövq edilib.

Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Onların səhhətinin yaxşıp olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər