Türkiyə və Suriya ordusuna qarşı hücuma hazırlaşan terrorçu saxlanılıb


  • 9 Fevral 12:39

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı hücuma hazırlaşan PKK/YPG terrorçusu ələ keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin terrordan təmizlədiyi bölgələrdə Türkiyə və Suriya ordusuna qarşı hücuma hazırlaşan terrorçu Suriya Müvəqqəti Hökumətinə bağlı hərbi polis tərəfindən saxlanılıb.

Terrorçunun iqamətgahında aparılan axtarış zamanı sui-qəsd və bombalı hücumlarda istifadə olunan qurğu ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər