Gürcüstanda silahlı hücum zamanı 4 nəfər ölüb


  • 9 Fevral 13:19

Gürcüstanın Rustavi şəhərində silahlı hücum nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, paytaxt Tbilisidən təxminən 40 kilometr uzaqlıqda yerləşən Rustavi şəhərindəki "İstanbul" adlı bazara bir nəfər silahla hücum edib.

Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin törədən şəxs artıq saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər