Sərnişin avtobusu aşıb: 1 nəfər ölüb, 20 nəfər yaralanıb


  • 12 Fevral 11:54

Türkiyənin Balıkesir şəhərində sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hərəkətdə olan avtobus işıq dirəyinə çırpılaraq aşıb. Daha sonra arxadan gələn bir avtomobil avtobusa çırpılıb.

Qəza zamanı 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yaralılar xilasedicilər tərəfindən avtobusdan çıxarılaraq yaxınlıqdakı xəstəxanalara aparılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər