ABŞ-da sərnişin təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb


  • 12 Fevral 12:02

ABŞ-ın Florida ştatında şəxsi sərnişin təyyarəsi qəzaya uğrayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Ohayodan havaya qalxan təyyarənin mühərrikində nasazlıq baş verib.

Təyyarə insanların sıx olduğu şosseyə eniş edib. Bu zaman təyyarə iki avtomobillə toqquşub və yol kənarındakı divara çırpılıb.

Qəza nəticəsində təyyarədə olan 5 nəfərdən 2-si ölüb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər