Zəncirvari qəzada 11 nəfər xəsarət alıb


  • 12 Fevral 16:55

Türkiyənin Şanlıurfa şəhərində 5 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər yaralanıb.

Hadisə yerinə xilasetmə qrupları və yanğınsöndürənlər cəlb olunub.

Avtomobillərdə sıxışmış vəziyyətdə qalan yaralılar xilasedicilərin köməkliyi ilə çıxarılaraq ətrafdakı xəstəxanalara göndərilib.

Bir müddət sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər