Məzmuna keç

Yaponiyada baş verən zəlzələlərdə ölənlərin sayı 241 nəfərə çatıb

Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 241-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə İşikava əyalətinin rəhbərliyi məlumat verib.

13 mindən çox insanın hələ də təxliyyə məntəqələrində qaldığı, itkin düşən 11 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Əyalət üzrə 31 mindən çox evdə su, 1500-dən çox evdə elektrik enerjisi kəsilib, qismən zədələnmiş və tamamilə dağılmış binaların sayı isə 65 minə çatıb.

Qeyd edək ki, Yaponiya hökuməti, yenidənqurma layihələri çərçivəsində ev təsərrüfatları üçün hər evə 6 milyon yen (41 min dollar) yardım edəcək.

Şəbnəm Mehdizadə