Türkiyənin Bursa şəhərində 12 qeyri-qanuni miqrant yaxalanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bursanın Yenice məhəlləsində mühafizəçilər bir qrup şəxsi dayandırmaq istəyiblər.
Lkain həmin şəxslər qaçaraq bir evə daxil olublar.
Polis qruplarının keçirdiyi əməliyyatda eyni evdə yaşayan 12 xarici ölkə vətəndaşı saxlanılıb.
Miqrantlar Bursa Köç İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
