Məzmuna keç

Təcili tibbi yardım maşını avtomobillə toqquşub, xəsarət alanlar var

Türkiyənin Karaman şəhərində təcili yardımla avtomobilin toqquşması nəticəsində 5 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Karaman-Mersin yolunda baş verən qəza zamanı təcili yardım maşını xəndəyə aşıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis əməkdaşları cəlb edilib.

Avtomobildə sıxışmış vəziyyətdə qalan yaralılar xilasetmə qruplarının müdaxiləsi ilə nəqliyyat vasitəsindən çıxarılıb.

Yaralılar Karaman Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə