Məzmuna keç

İaşə obyektinin tavanı uçub, 11 nəfər yaralanıb

Türkiyənin Afyonkarahisar şəhərində iaşə obyektinin tavanının uçması nəticəsində 11 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Akören qəsəbəsinin girişində yerləşən iaşə obyektinin asma tavanı naməlum səbəbdən uçub.

Hadisə nəticəsində bəzi müştərilər dağıntılar altında qalıb.

Bölgəyə jandarma, təcili tibbi yardım, AFAD və xilasetmə əməkdaşları cəlb edilib.

Yaralılar ətrafdakı müxtəlif xəstəxanalara aparılıb.

Afyonkarahisar valisi Kübra Güran Yiğitbaşı hadisə yerinə baş çəkib.

Şəbnəm Mehdizadə