Məzmuna keç

Fransada silahlı şəxs polis əməkdaşlarına hücum etdi

Fransanın şimalındakı Pa-de-Kale departamentinin Benifonten kommunasında bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib.

E-huquq.az xəbər verir ki, polis əməkdaşlarından biri yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları silahdan istifadə edərək, təcavüzkarı yaralayıb.

Yaralı polis zabiti və hücum edən şəxs xəstəxanaya çatdırılıb.