Məzmuna keç

Türkiyədə qarlı havaya görə məktəblər bağlandı

Türkiyənin Hakkari şəhərində yağan güclü qara görə məktəblərdə tədris prosesinə fasilə verilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə rayon üzrə Təhsil İdarəsi məlumat yayıb. Məlumata görə, Hakkarinin mərkəzində və Yüksekova rayonunda məktəblərdə bu gün tədris prosesinə fasilə verilib.

Həmçinin Vanın Başkale rayonunda da əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bir günlük bağlanıb.

Şəbnəm Mehdizadə