Məzmuna keç

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib.

E-huquq.az Türkiyə mətbuatında istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Muğlanın Marmaris rayonundan 172,09 km aralıda, Aralıq dənizi sahillərində baş verən zəlzələ yerli vaxtla saat 04.25-də qeydə alınıb.

Zəlzələnin 11,3 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə