Avstraliyanın Sidney şəhərində ildırım düşməsi nəticəsində 4 nəfər xəsarət alıb.
E-huquq.az-a “ABC News”a istinadən xəbər verir ki, ildırım Sidneydə yerləşən botanika bağındakı ağaca dəyib.
Nəticədə 2-si qadın olmaqla 4 nəfər xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən 4 nəfərin səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Meteorologiya Bürosu (BOM) ölkədə güclü yağış, güclü külək və dolunun təsirli olacağı barədə xəbərdarlıq edib. Sidneyin şimalında və Hunter bölgəsində təxminən 19 500 evdə elektrik kəsilib.
Şəbnəm Mehdizadə
