İngiltərədə şagirdlərə mobil telefondan istifadə qadağan ediləcək


  • 19 Fevral 19:00

İngiltərədə məktəblərdə mobil telefonlardan istifadə qadağan ediləcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkədə 12 yaşdan yuxarı olan uşaqların 97 faizi şəxsi mobil telefona sahibdir.

Yeni qərara əsasən, tənəffüslər də daxil olmaqla, dərs günü ərzində mobil telefondan istifadə qadağan ediləcək.

Nazirlikdən verilən açıqlamaya görə, mobil telefonlar ümumiyyətlə məktəbə gətirilməyəcək və ya məktəb girişlərindəki kilidli qutulara, şkaflara və ya seyflərə qoyulacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər