Beyrutda 3 mərtəbəli bina uçub, ölənlər var


  • 20 Fevral 09:55

Livanın paytaxtı Beyrutda 3 mərtəbəli binanın uçması nəticəsində 4 nəfər ölüb.

E-huquq.az Livanın rəsmi agentliyi NNA-a istinadən xəbər verir ki, Beyrutun cənubunda Şuveyfət bölgəsində yağan güclü yağışlar binanın uçmasına səbəb olub.

Binada olanların əksəriyyətinin suriyalı qaçqınlar olduğu müəyyən edilib.

Dağıntılar altından 1-i uşaq, 2-si qadın olmaqla 4 nəfərin cəsədi çıxarılıb, 2 qadın isə xilas edilib. 17 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər