- 17 Aprel 23:52
Türkiyədə 3,9 bal gücündə zəlzələ baş verib.
E-huquq.az Türkiyə mətbuatında istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Kahramanmaraşın Elbistan rayonunda qeydə alınıb. Yeraltı təkanların episentri 7 km dərinliyində olub.
Zəlzələ nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə