İzmirdə 42 qanunsuz miqrant saxlanılıb


  • 20 Fevral 10:21

Türkiyənin İzmir şəhərində 42 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Dikili sahillərində Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-10) tərəfindən rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edilib.

Qayıqdakı 15-i uşaq olmaqla 42 qanunsuz miqrant Komandanlığın əməkdaşları tərəfindən saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər