Türkiyənin 2 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib


  • 21 Fevral 11:05

Türkiyənin 2 vilayətində İŞİD terror təşkilatı qarşı “Bozdoğan-5” əməliyyatı keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ərzurum Şəhər Baş Prokurorluğunun Jandarma Komandanlığı ilə birgə Ərzurum və Düzcedə keçirdiyi əməliyyat zamanı 2014-2017-ci illərdə İraqın Ənbar bölgəsində fəaliyyət göstərən 8 əcnəbi saxlanılıb.

Saxlanılan şübhəlilərdən 6-sı həbs edilib, 2-si barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər