- 19:00
Türkiyənin İstanbul şəhərində sosial mediada PKK terror təşkilatının təbliğatını apardığı iddia edilən 2 şübhəli saxlanılıb.
E-huquq.az xəbər verir ki, Büyükçekmece prokurorluğunun apardığı istintaq çərçivəsində sosial mediada terror təşkilatının təbliğatını aparan 2 nəfərin şəxsiyəti müəyyən edilib.
Polisin 3 ünvanda keçirdiyi əməliyyat zamanı 2 şübhəli şəxs saxlanılıb.
Şübhəlilər məhkəmənin qərarı ilə həbs olunub.
Şəbnəm Mehdizadə