- 16 Mart 23:10
Ötən il Almaniyada qaçqınlara və qaçqınların yerləşdiyi yataqxanalara edilən hücumlar əvvəlki illə müqayisədə təxminən iki dəfə artıb.
E-huquq.az "Neuen Osnabrücker" qəzetinə istinadən xəbər verir ki, bu barədə millət vəkili Klara Bünger məlumat verib.
Məlumata görə, 2022-ci ildə ölkədə qaçqınlara qarşı 1248 hücum olduğu halda, 2023-cü ildə bu göstərici təxminən iki dəfə artaraq 2378 olub.
Keçən il qaçqınları hədəf alan hücumlarda 219 nəfər yaralanıb, onlardan 313-ü zorakılıq xarakteri daşıyır.
Qaçqın yataqxanalarına 2022-ci ildə 70, 2023-cü ildə 180 hücum olub.
Şəbnəm Mehdizadə