Məzmuna keç

MİT Suriyada PKK/YPG-nin liderini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada PKK/YPG-nin liderlərindən Murat Ateşi zərərsizləşdirib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, “Renas Amed” kod adlı terrorçu Suriyanın Qamışlı bölgəsində keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.

Terrorçu 2014-cü ildə PKK-ya üzv olub və 2014-2016-cı illərdə İraqın Qəndil, Avaşin və Qare bölgələrində silahlı fəaliyyət göstərib. 2017-ci ildə isə təşkilatın Suriyada maliyyə məsələləri üzrə məsul vəzifəsinə təyin edilib.

Şəbnəm Mehdizadə