İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində 4 PKK terrorçusu zərərsizləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
"Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarladıqları 4 PKK terrorçusunu zərərsizləşdirib. Terrorla mübarizəmiz qətiyyətlə davam edəcək", – deyə nazirliyin məlumatında bildirilib.
Şəbnəm Mehdizadə
