İspaniyanın şərqindəki Valensiya şəhərinin mərkəzində 14 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb, 4 nəfər ölüb.
Əraziyə çoxlu təcili yardım maşınları göndərilib, dərhal səhra xəstəxanası yaradılıb.
Hadisə nəticəsində 19 nəfərin itkin düşdüyü bildirilir.
Rəsmilər bildiriblər ki, isti və küləkli hava şəraiti yanğınsöndürmə işini çətinləşdirib.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Şəbnəm Mehdizadə
