Məzmuna keç

İzmir sahillərində 57 qeyri-qanuni miqrant xilas edilib

Türkiyənin İzmir şəhərinin Çeşme, Dikili və Karaburun rayonları sahillərində 57 qeyri-qanuni miqrant xilas edilib, 55 miqrant isə yaxalanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rezin qayıqlarda qanunsuz miqrantların olması barədə daxil olan xəbərdən sonra əraziyə göndərilən sahil mühafizəçiləri Yunanıstan tərəfindən geri qaytarılan 12-si uşaq olmaqla 57 miqrantı xilas edib.

Sahil Təhlükəsizlik qrupları daha iki rezin qayığı dayandıraraq 11-i uşaq olmaqla 55 qeyri-qanuni miqrantı yaxalayıb.

Qanunsuz miqrantlar müvafiq prosedurlardan sonra Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə