Məzmuna keç

Antalyada leysan yağışlar və sel ciddi fəsadlar törədib

Türkiyənin Antalya şəhərinin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, fevralın 12-13-də yağan leysan yağışları Antalyanın Kəpəz, Muratpaşa, Serik və Aksu rayonlarında ciddi fəsadlara səbəb olub.

Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi İdarəsinin apardığı qiymətləndirmələrə görə adıçəkilən ərazilər seldən ən çox zərər çəkən bölgələr olub.

Daşqın nəticəsində bir çox iş yerlərinə də ziyan dəyib.

Həmçinin Aksu və Serik rayonlarında 2 919 hektar istixana əkin sahəsi təbii fəlakətdən zərər çəkib.

Dövlət qurumları zərərin qiymətləndirilməsi üzrə iş aparır. Müvafiq qaydalara uyğun olaraq vətəndaşlara dəymiş ziyan ödəniləcək.

Şəbnəm Mehdizadə