Türkiyənin Tokat şəhərində oteldə yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tokatın Yeni Mahalle adlı ərazisində yerləşən otelin üçüncü mərtəbəsindəki otaqda naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə xilasetmə, təcili tibbi yardım, polis və yanğınsöndürənlər cəlb edilib.
Yanğın zamanı təşvişə düşərək pəncərədən aşağı tullanaan şəxs yaralanıb. O, Tokat Dövlət Xəstəxanasına aparılıb.
Yanğının vaxtında qarşısı alınıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
