İstanbulda 10 terrorçu həbs edilib


  • 26 Fevral 15:20

Türkiyənin İstanbul şəhərində terror cinayətlərinə görə axtarışda olanlara qarşı əməliyyat zamanı 11 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis barələrində həbs qərarı çıxarılan şəxslərin tutulması üçün müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyat keçirib.

Saxlanılan şübhəlilərdən 10-u həbs edilib, 1-i isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər