İzmirdə 92 miqrant saxlanılıb


  • 26 Fevral 15:37

Türkiyənin İzmir şəhərində 92 qanunsuz miqrant saxlanılıb, 69-u isə xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Urla sahillərində Sahil Mühafizəsi tərəfindən dayandırılan rezin qayıqla 3-ü uşaq olmaqla 14 qanunsuz miqrant və insan qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 1 nəfər tutulub. Dikili sahillərində isə 10-u uşaq olmaqla 22 qeyri-qanuni miqrant yaxalanıb.

Həmçinin İzmirin Çeşmə sahillərində Sahil Mühafizəsinin gəmisi tərəfindən dayandırılan rezin qayıqda 27-si uşaq olmaqla 56 qanunsuz miqrant saxlanılıb.

Bundan başqa Dikili sahillərində mühərriki xarab olan qayıqdakı 45 qanunsuz miqrant Komandanlığın əməkdaşları tərəfindən xilas edilib. Çeşmə sahillərində isə Yunanıstan tərəfindən Türkiyəyə geri göndərilən və dənizdə köməksiz vəziyyətdə qalan 24 qanunsuz miqrant xilas edilib.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Oxşar xəbərlər