- 8 Sentyabr 20:43
Qəzza zolağının şimalına bütün mülki şəxslərin qaytarılması yalnız Fələstin anklavında saxlanılan bütün israilli girovlar azad edildikdən sonra mümkündür.
E-huquq.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant əsir düşmüş hərbçilərin ailələri ilə görüşündə bildirib.
“Girovların geri qaytarılmasına imkan verəcək şərtlərə nail olmaq üçün gecə-gündüz işləyirik. Bu danışıqların bir hissəsi kimi biz radikal Fələstin hərəkatı olan HƏMAS-a təzyiqi davam etdirməyə çalışırıq.
Müdafiə strukturlarının mövqeyi aydın olacaq: mülki əhalinin Qəzza zolağının şimalına tam qayıdışı yalnız bütün girovların qaytarılmasından sonra baş verəcək”, - deyə nazir bildirib.