Burundinin qərbindəki Cibitoke əyalətində silahlı dəstənin hücumu nəticəsində 9 nəfər həyatını itirib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Qanunun Aliliyi Uğrunda Müqavimət Hərəkatı (Qırmızı-TABARA) adlı silahlı dəstə Cibitoke əyalətinin Burinqa şəhərinə hücum edib.
Hücum zamanı 6 qadın və 3 əsgər həyatını itirib. 5 mülki vətəndaş isə xəsarət alıb. Yaralanan şəxslər xəstəxanaya aparılıb.
Qeyd edək ki, əvvəlki prezident Pyer Nkurunzizanın 3-cü dövr prezidentliyə namizədliyinə etiraz edən burundililərin qurduğu Qırmızı-TABARA hərəkatının üzvləri ölkədə demokratik, azad və şəffaf seçkilər keçirilənə qədər mübarizəyə davam edəcəyini bildirib.
Şəbnəm Mehdizadə
