Məzmuna keç

Yaponiyada marketə hücum olub, ölən var

Yaponiyanın Hokkaydo əyalətində marketə bıçaqlı hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 06.50 radələrində Sapporo şəhərində baş verib. Bir kişi marketə girərək bıçaqla 3 işçini yaralayıb.

Yaralılardan biri dünyasını dəyişib. Digər yaralıların səhhətinin yaxşı olduğu bildirilib.

Hadisəni törədən 43 yaşlı Hirotaka Miyanişi saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə