Türkiyənin Konya şəhərində məktəbliləri daşıyan avtobus ilə yük maşını toqquşub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə Ereğli Dövlət Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
