Məzmuna keç

İki ailə arasında mübahisə qanla bitdi: 3 ölü, 2 yaralı

Türkiyənin Adıyaman şəhərində iki ailə arasında silahlı insident baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyamanın Samsat rayonunun Taşkuyu kəndində qohum olan iki ailə arasında başlayan mübahisə qısa müddətdə silahlı insidentə çevrilib.

Nəticədə 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Əraziyə jandarma və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Yaralılar Samsat Dövlət Xəstəxanası, Kahta Dövlət Xəstəxanası və Adıyaman Tədris və Araşdırma Xəstəxanalarına aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə