Məzmuna keç

İzmirdə 77 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində 77 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Karaburun sahillərində rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizə Gəmisi göndərilib.

Komandalar 48 qeyri-qanuni miqrantı xilas edərək sahilə çıxarıb.

Bundan başqa, həmin ərazidə saxlanılan digər bir qayıqda 7-si uşaq olmaqla 29 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olduğu iddida edilən 1 nəfəri saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə