Türkiyənin 2 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu təşkilatın hərbi strukturunda fəaliyyət göstərən 10 keçmiş hərbi qulluqçu və 4 şübhəli barəsində həbs qərarı çıxarıb.
Polisin İstanbul və Ankarada keçirdiyi əməliyyat zamanı onlardan 10 nəfər saxlanılıb.
Şübhəlilərdən 3-nün xaricdə olduğu müəyyən edilib. 1 şübhəlinin tutulması üçün axtarış işləri davam edir.
Şəbnəm Mehdizadə
