Peruda son həftələrdə artan "denq qızdırması"na yoluxma halları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, cari ilin 7 həftəsində qeydə alınan yoluxma halları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artıb.
2024-cü ildə ölkədə yoluxma sayının 31 mini keçdiyinə diqqət çəkən nazirlik, bu il indiyədək 32 nəfərin öldüyünü açıqlayıb.
Fövqəladə vəziyyət paytaxt Lima və 24 bölgəni əhatə edir.
Qeyd edək ki, tropik və subtropik bölgələrdə baş verən "denq qızdırması" insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.
Şəbnəm Mehdizadə
