Türkiyənin Çanaqqala vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) "X" sosial media səhifəsində məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Biga rayonunda yerli vaxtla saat 16:09-da qeydə alınıb.
Zəlzələnin episentri 7 kilometr dərinlikdə olub.
Şəbnəm Mehdizadə
