Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Qarşılıqlı Fəaliyyət-2024" təlimlərində beş ölkənin kontingenti iştirak edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.
Onun sözlərinə görə, təlimlər Mərkəzi Hərbi Dairə qoşunlarının builki hazırlığının yekunu olacaq.
"Qarşılıqlı fəaliyyət-2024" təlimlərində beş dövlətin hərbi kontingenti iştirak edəcək", – deyə Şoyqu əlavə edib.
