Məzmuna keç

Avstraliyada meşə yanğınlarına görə 30 min insan təxliyə ediləcək

Avstraliyanın Viktoriya əyalətində yaşayan əhali meşə yanğınlarına görə təxliyə ediləcək.

E-huquq.az "The Australian" qəzetinə istinadən xəbər verir ki, əyalətin qərbində yaşayan təxminən 30 min insana bölgəni tərk etməyə dair çağırış edilib.

“ViceEmergency” saytında yanğının şiddətlənə biləcəyi və yolların bağlana biləcəyi barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Viktoriya ştatında başlayan yanğının başladığı gündən indiyə kimi 19 min 500 hektardan çox ərazi külə dönüb.

Astraliya Meteorologiya Bürosu isti və küləkli hava proqnozlaşdırdıqlarını, buna görə də yanğının güclənmə riski olduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə