Məzmuna keç

Texasda fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Texas ştatının şimalında yerləşən Panhandle qəsəbəsində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Texas qubernatoru Greg Abbott məlumat verib.

Məlumata görə, fevralın 26-da başlayan meşə yanğınlarına görə 5 minə yaxın sakin təxliyə edilib.

Rəsmilər 2 gün ərzində təxminən 240 min hektar ərazinin yanğından zərər çəkdiyini bildirib.

Yanğının səbəb olduğu tüstü bölgədə nəqliyyatın hərəkətini çətinləşdirib.

Şəbnəm Mehdizadə