Məzmuna keç

Meksikada bələdiyyə sədrliyinə 2 namizəd qətlə yetirilib

Meksikanın Maravatio şəhərinin bələdiyyə sədri vəzifəsinə namizəd olan iki nəfər qətlə yetirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.

Məlumata görə, Mühafizəkar Milli Fəaliyyət Partiyasından (PAN) Armando Peres və hakim Morena partiyasından Migel Anxel Reyes şəxsi avtomobillərində güllələnərək öldürülüb.

Hər iki namizədin iyunun 2-də keçiriləcək bələdiyyə seçkilərində iştirakı planlaşdırılırdı.

Meksika prezidenti Andres Manuel Lopez Obrador çərşənbə axşamı gündəlik mətbuat konfransında cinayətlərlə bağlı bağlı genişmiqyaslı araşdırmalara başlanıldığını söyləyib.

Qeyd edək ki, 2006-cı ildən bəri Meksikada 80-dən çox bələdiyyə sədri mütəşəkkil cinayətkar dəstələr tərəfindən öldürülüb.

Şəbnəm Mehdizadə