Məzmuna keç

Türkiyədə 333 qanunsuz miqrant saxlanılıb

Türkiyədə miqrant qaçaqmalçılığı ilə məşğul olan şəxslərə qarşı “Kalkan-13” əməliyyatı keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Nazir bildirib ki, əməliyyat zamanı 42 miqrant qaçaqmalçısı və 333 qanunsuz miqrant saxlanılıb.

Əməliyyatlar zamanı mobil telefon və SİM kartlar, silah-sursat və külli miqdarda xarici valyuta müsadirə edilib.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib və deportasiya prosedurlarına başlanılıb.

“Qanunsuz miqrasiya və miqrant qaçaqmalçılığının qarşısını almaq üçün ölkəmizin hər bölgəsində qətiyyətlə həyata keçirdiyimiz əməliyyatlarımız fasiləsiz davam edəcək. Qəhrəman polisimizi təbrik edir və Miqrasiya İdarəsinin rəhbərliyinə təşəkkürlərimi bildirirəm” – deyə nazir qeyd edib.

Şəbnəm Mehdizadə