Yaponiyada 2023-cü ildə yeni doğulanların sayı indiyə qədərki ən aşağı səviyyəyə düşüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumat yayıb.
Məlumata görə, 2023-cü ildə yeni doğulanların sayı əvvəlki illə müqayisədə 5,1 faiz azalıb.
Belə ki, ölkədə yeni doğulanların sayı 758 min 631-ə enərək indiyə qədərki ən aşağı səviyyəyə düşüb.
Qeyd edək ki, Yaponiyada yeni doğulanların sayı 1949-cu ildə 2,69 milyon ilə ən yüksək həddə çatıb. 2016-cı ildə isə bu rəqəm ilk dəfə olaraq 1 milyondan aşağı düşüb.
Bundan başqa, Yaponiyada 2023-cü ildə qeydə alınan nikahların sayı son 90 ildə ilk dəfə olaraq 500 mindən aşağı düşüb.
Yaponiyada evliliklərin sayı 2023-cü ildə 5,9 faiz azalaraq 489 min 281-ə çatıb. Bu rəqəm İkinci Dünya Müharibəsindən sonra ən aşağı göstəricidir.
Ölkədə 2023-cü ildə boşanmaların sayı 4 min 695 artaraq 187 min 798-ə çatıb.
Şəbnəm Mehdizadə
