Boliviyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri ciddi fəsadlara səbəb olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Milli Hidrologiya və Meteorologiya Xidməti (Senamhi) məlumat yayıb.
La Paz başda olmaqla bir çox şəhərdə yağan leysan yağışları nəticəsində çaylar daşıb, onlarla evi su basıb.
Məlumata görə, leysan yağışların davam edəcəyi bəzi bölgələrdə "qırmızı xəbərdarlıq" elan edilib.
Yağışlar mövsümünün başladığı noyabrdan indiyədək 206 evə ziyan dəyib, 37 nəfər isə həyatını itirib.
Boliviya Prezidenti Luis Arce daşqın bölgələrində zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini bildirib.
Şəbnəm Mehdizadə
