Məzmuna keç

Norveçdə helikopter qəzası nəticəsində 6 nəfər okeana düşüb

Norveçin qərbində helikopter qəzaya uğrayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qəza zamanı helikopterdə olan 6 nəfər okeana düşüb.

Zərərçəkmişlər Haukeland Universiteti Xəstəxanasına aparılıb.

Polis helikopterin axtarış-xilasetmə təlimində olduğunu bildirib.

Qəzanın səbəbi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə