Ekvadorun Orellana əyalətində 7 nəfərin cəsədi aşkar edilib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, əyalətin Joya de los Sachas qəsəbəsində polisin yük maşınının qoşqusunda apardığı axtarış zamanı 7 nəfərin cəsədi tapılıb.
Həmin şəxslərin güllələnərək öldürüldüyü müəyyən edilib.
Orellana ştatının polis rəisi Henri Koral cinayəti törədənlərin tutulması üçün axtarış aparıldığını bildirib.
Şəbnəm Mehdizadə
